Ukraynanın şərqində bir hərbçi həlak olub
Sen 10, 2015 05:28 Asia/Baku
-
Ukraynanın şərqində bir hərbçi həlak olub
Ukraynanın şərqində yeni atəşkəs çərçivəsində ötən bir həftədən bərqərar olunan nisbi sakitliyə baxmayaraq, müxaliflərin bölgəsində bir ukraynalı hərbçi öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna ordusunun sözçüsü Andrey Lisenko mətbuat konfransında deyib: Çərşənbə gününün ilk saatlarında düşmən bir daha Staniçno Luqansk bölgəsində Ukrayna müdafiə xəttindən keçməyə çalışıb. Nəticədə onlarla ukraynalı hərbçilər arasında qarşıdurma baş verib. Bir saat yarım qarşıdurmadan sonra düşmən geri çəkilib.Lisenko əlavə edib: Qarşıdurma nəticəsində bir ukraynalı hərbçi həlak olub.
Gərginliklərin artması ardınca Ukrayna prezidenti Pyotr Poroşenko xəbərdarlıq edib ki, şərq bölgələrinə əlavə səlahiyyətləri nəzərdə tutan konstitusiya layihəsinə yenidən baxması mümkündür.
Lisenkonun sözlərinə görə, Ukrayna qüvvələri son sutka ərzində başqa itki verməyib və cəbhə boyunca nisbi sakitlik davam edir.
Teqlər