ABŞ-ın Rusiyaya qarşı sanksiyaları davam edir
Sen 13, 2015 10:22 Asia/Baku
ABŞ dövlət katibinin köməkçisi Rusiyaya qarşı sanksiyaların davam etməsindən xəbər verib.
PressTV-nin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Noland şənbə günü Kiyevdə deyib: Minsk sülh anlaşmasının tam formada icra edilmədiyi zamana kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları davam edəcək.Viktoriya Noland əlavə edib: Rusiya tərəfindən ələ keçirilmiş ərazilərin Ukraynaya qaytarılması sanksiyaların ləğv edilməsinin digər şərtlərindəndir.
Viktoriya Noland Minsk anlaşmasının pozulacağı təqdirdə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının daha da artacağını vurğulayaraq, deyib: Moskva və Rusiya adına Ukraynanın şərqində mərkəzi hökumətə qarşı savaşan qüvvələr hələ də ciddi təhdid sayılırlar.
ABŞ dövlət katibinin köməkçisi əlavə edib: Lazım gələrsə Vaşinqton Avropa Birliyini də Rusiyaya qarşı sanksiyalarını artırmağa məcbur edəcək.
Amerika və bəzi Avropa ölkələri Ukrayna böhranının ardınca Rusiyanın Ukraynadakı müxalif qüvvələri himayə etməsinə görə Rusiya şirkətləri və rəsmilərinə qarşı sanksiyalar tətbiq ediblər.
Ukraynanın şərqində gedən toqquşmalar 5 milyondan çox insanın o cümlədən 1.7 milyon uşağın həyatını təsir altına alıb.