Sen 17, 2015 10:00 Asia/Baku
  • Ban Ki Mun Ərəbistanın Yəmənə qarşı təcavüzlərindən nigaranlıq etdi
    Ban Ki Mun Ərəbistanın Yəmənə qarşı təcavüzlərindən nigaranlıq etdi

BMT baş katibi deyib: Ərəbistanın Yəmənə qarşı hücumları bu ölkə xalqı və sivil insanların yaşam strukturlarının məhv edilməsinə köklənib.

İRNA-nın məlumatına görə, Ban Ki Mun çərşənbə günü bir mətbuat konfransında BMT-nin 70-ci ümumi assambleyasında araşdırılan mövzuları şərh edərkən, dünyanın üzləşdiyi problemlərdən danışıb.
Ban Ki Mun BMT-nin bu ilki ümumi assambleyasının, dünyada bir sıra ciddi börhanların cərəyan etdiyi bir dövrə təsadüf etdiyinə toxunaraq, deyib: bu böhranların həlli siyasi iradədən asılıdır.
BMT-nin baş katibi Ərəbistanın Yəmənə olan hücumlarının artıq bu ölkədə bütün sivil strukturları məhv etməyə kökləndiyini deyərək, münaqişə tərəflərindən istəyib ki, məsələni siyasi yolla həll etməyə çalışsınlar.
Ban Ki Mun həmçinin, artıq 5 ildir ki, davam edən Suriya müharibəsinə işarə edib və bu müharibənin yaratdığı fəsadlardan danışıb.
BMT baş katibi Suriya xalqına yardımların edilməsinə rəğmən, böhranın yeganə həll yolunu qarşıdurma tərəflərinin siyasi iradəsindən, qonşu ölkələr və xarici qüvvələrdən asılı bir məsələ adlandırıb.
BMT-nin baş katibi həmçinin dünyada cərəyan edən böhranlar və savaşların 100 milyondan artıq insanı təcili humanitar yardımlara möhtac durumuna düşürdüyünü bildirib və bu insanlara yardım etmək üçün lazım olan büdcənin təmin edilməsində ölkələrin səhlənkarlığa yol vermələrini qınayıb.

Teqlər