Sen 18, 2015 19:26 Asia/Baku
  • Almaniya miqrantların bölüşdürülməsi layihəsi ilə müxalif olanlara xəbərdarlıq etdi
    Almaniya miqrantların bölüşdürülməsi layihəsi ilə müxalif olanlara xəbərdarlıq etdi

Almaniya xarici işlər naziri bəzi ölkələrin miqrantların bölüşdürülməsi layihəsi ilə müxalifətinin davam edəcəyi təqdirdə, bu layihənin icbari edilməsini istəyib.

ANSA xəbər agentliyinin verdiyi məlumata görə, Frank Valterştaynmayer deyib: Almaniya, Avstriya, İsveç və İtaliya misli görünməmiş mühacir axını böhranını təklikdə üstələyə bilməzlər və mövcud vəziyyətin davam etməsi Avropa Birliyinin həmrəylik ruhiyyəsinə ziddir.
Ştaynmayer əlavə edib: Şərqi Avropa ölkələrinin mühacirlərin bölüşdürülməsi layihəsi ilə müxalifət edəcəyi təqdirdə, bu layihənin taleyi səsvermə yolu ilə müəyyən ediləsi olacaq. Səs çoxluğu ilə qəbul edilən qərar isə digər üzvləri də bu qərara tabe olmağa məcbur edəcək.
Avropa Birliyində qərarların çıxarılması adətən bütün üzvlərin razılığı ilə çıxarılır və üzv ölkələrin hər biri iqtisadi vəziyyəti və əhali sayından asılı olmayaraq, bərabər səs hüququna malikdirlər.
Buna baxmayaraq, səs çoxluğu prinsipi əsasında keçirilən səsvermələrdə Avropa Birliyinə üzv ölkələrin 55%-i birliyin ümumi əhalisinin 65%-nə şamil olmaq şərti ilə, hansısa qərarı digər üzvlər üçün də icbari edə bilər.
Avropa ölkələri hal hazırda 2-ci Dünya Müharibəsindən sonra ən iri mühacir axını ilə üzləşiblər.
Avropa Komissiyası bu böhranın öhdəsindən gəlmək üçün mühacirlərin üzv ölkələr arasında bölüşdürülməsini təklif edib.
Bəzi şərqi Avropa ölkələri o cümlədən Macarıstan, Polşa, Çex və Slavakiya bu layihə ilə ciddi müxalifət edir və paylarına düşən mühacirləri qəbul etmək istəmədiklərini bildirirlər.

Teqlər