1,4 milyon uşaq Boko Haramın qorxusundan qaçıb
Sen 19, 2015 17:48 Asia/Baku
BMT-nin Uşaq Fondu YUNİSEF bildirib ki, Nigeriya və qonşu Afrika ölkələrindən 1 milyon 400 min uşaq Boko Haram qruplaşmasının cinayətlərindən qorxuya görə öz evlərindən qaçaraq didərgin düşüb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, YUNİSEF cümə günü verdiyi hesabatda bildirib: Bu uşaqların 500 min nəfəri ötən 5 ay ərzində didərgin düşüb.Hesabatda əlavə olunur: Çoxlu sayda uşaq və qadın da ya qətlə yetirilib, ya oğurlanıb, ya da ki, kamikadze partlayışlarına məcbur edilib.
YUNİSEF bu hesabatda BMT nəzdindəki digər qurumlar kimi maliyyə çatışmazlığından gileylənib və bildirib: Bu bölgələrdə zərərçəkən ailələr və didərginlərə kömək üçün bu qurumun təminatçı ölkələrdən istədiyi büdcənin 70%-i hələ də təmin olunmayıb.