Amerika qitəsindən Ərəbistan səfirləri çıxarılır
Sen 22, 2015 16:58 Asia/Baku
-
Amerika qitəsindən Ərəbistan səfirləri çıxarılır
Amerika qitəsindəki ölkələrin əksəriyyəti Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə qarşı vəhşicəsinə cinayətlərinə etiraz olaraq Ərəbistan səfirlərini öz ölkələrindən çıxarıb.
Səhər Beynəlxalq Televiziyasının Panorama əl-Şərq əl-Ousət xəbər portalına istinadla verdiyi məlumata görə, Braziliya hökuməti ötən gün Ərəbistanın Yəmənə təcavüzləri və onun cinayətlərinin davam etməsinə etiraz olaraq Ərəbistan səfiri Hişam əl-Qəhtanini ölkədən çıxarıb və Ər-Riyaddakı səfirin geri qayıtmasını istəyib.Meksika, Nikaraqua və Quatemala da oxşar hərəkətdə bu gün Ərəbistanın səfirlərini öz ölkələrindən çıxarıb və Ər-Riyaddakı səfirlərini geri çağırıblar.
Bu üç ölkə də Ərəbistanın Yəmənin müdafiəsiz vətəndaşlarına qarşı davamlı cinayətlərinə etiraz olaraq Ərəbistanla diplomatik əlaqələrini dayandırıb.
Əl-İttihad Press portalı bildirib: Kolumbiya və Panama istisna olmaqla sayı 56 ölkədən çox olan Latın Amerikası Birliyinə üzv ölkələr Yəmən xalqı ilə həmrəyliyi elan etmək üçün Ərəbistan səfirini ölkələrindən çıxarıb və öz səfirlərini Ər-Riyaddan geri çağırıblar.
Venesuela 1 apreldə Ərəbistanın Yəmən xalqına qarşı təcavüzkar hərəkətlərindən sonra müdafiəsiz vətəndaşların qırğın edilməsinə etiraz olaraq Ər-Riyaddan öz səfirini geri çağırıb və Ərəbistan səfirini ölkədən çıxarıb.
Həmçinin Braziliya prezidenti Dilemma Rosef sionist rejimə məktub ünvanlayaraq Yeşa şurasının sabiq rəhbəri Deni Dayanın bu rejimin Braziliyadakı yeni səfiri olaraq təyin olunmasına qarşı çıxıb.
Braziliya prezidenti Dayanın təyin olunmasına qarşı olmağının əsas səbəbini onun İordan çayının qərb sahilində yerləşən sionist şəhərciklərindən birində məskunlaşması adlandırıb.