Ban Ki Mun Yəməndə mülkilərin həyatlarının qorunmasını vurğulayıb
Sen 23, 2015 10:51 Asia/Baku
-
Ban Ki Mun Yəməndə mülkilərin həyatlarının qorunmasını vurğulayıb
BMT Yəməndəki döyüşən tərəflərdən istəyibdir ki, bu ölkənin mülkilərinə zərər vurmaqdan çəkinsinlər.
Sin Xua-nın məlumatına görə, BMT-nin baş katibi Ban Ki Mun çərşənbə axşamı günü bir bəyanatda Yəməndəki döyüşlərin əsas qurbanını sivillər adlandırıb.BMT-nin baş katibi həmçinin Yəməndə kobudluqların şiddətlənməsi və bu ölkənin müxtəlif şəhərlərində yaşayış massivlərinin və infrastruktur təsisatların dağdılmasının artması haqda xəbərdarlıq edib.
Ban Ki Mun bu bəyanatda vurğulayıb ki, beynəlxalq qanunları pozan Yəməndəki döyüşən tərəflər mühakimə edilməli və cəzalandırılmalıdırlar.
Bu BMT rəsmisi habelə bazar günü bir İngiltərə, iki Amerika və üç Ərəbistan vətəndaşını azad etdiyinə görə, Yəmənin xalq komitələrinə təşəkkür edibdir.
Ban Ki Mun bu addımı regionda gərginliklərin azalması və Yəməndə çəkişmələrin dinc həllinə ilkin şəraitin yaradılması istiqamətində müsbət addım adlandırıb.