Qərb Ərəbistanın təzyiqinə təslim olub
https://azeri.sahartv.ir/news/dünya-i198101-qərb_Ərəbistanın_təzyiqinə_təslim_olub
Bəzi mənbələr bildiriblər ki, qərb ölkələri Yəmən barəsində öz mövqeyini dəyişib və artıq bu ölkədə beynəlxalq araşdırılmanın aparılmasını dəstəkləmirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2015 07:23 Asia/Baku
  • Qərb Ərəbistanın təzyiqinə təslim olub
    Qərb Ərəbistanın təzyiqinə təslim olub

Bəzi mənbələr bildiriblər ki, qərb ölkələri Yəmən barəsində öz mövqeyini dəyişib və artıq bu ölkədə beynəlxalq araşdırılmanın aparılmasını dəstəkləmirlər.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bəzi diplomatik mənbələr bildirirlər ki, qərb ölkələri Yəməndə müharibə cinayətləri barədə beynəlxalq araşdırmanın aparılması məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etmək istəyən Hollandiyanı artıq dəstəkləmirlər.
Bu mövqe dəyişikliyi Hollandiyanı öz qətnaməsinin ilkin mətnini geri götürməyə məcbur edib. Bu məsələ Ər-Riyadın dəstəklədiyi digər qətnamənin ilkin mətninin təqdim olunması üçün şərait yaradıb.
Ərəbistanın qətnaməsinin ilkin mətnində beynəlxalq araşdırmadan söhbət getmir. Əksinə BMT-dən istəyir ki, milli təhqiqat komissiyasını dəstəkləsin. Buna əsasən yalnız Ərəbistanın qətnaməsi qalır ki, cümə günü BMT İnsan Haqları Şurasının iclasında araşdırılsın.
Qeyri-Hökumət Təşkilatı olan İnsan Haqları Gözətçisi Təşkilatının nümayəndəsi Filip Dam BMT-də iclaslardan kənar qeyri-rəsmi müzakirələrdə Ərəbistnaın maneəçiliyini pisləyərək bildirib: Aydındır ki, bu addım bir növ göz yummaq və geri çəkilməkdir.