Okt 03, 2015 15:26 Asia/Baku
  • Vendi Şermən vəzifəsindən kənara çəkilib
    Vendi Şermən vəzifəsindən kənara çəkilib

Vendi Şermən Amerika Dövlət Departamentindəki vəzifəsindən kənara çəkilib.

IRIB-nin Amerika Dövlət Departamentinin saytına istinadlı məlumatına görə, Con Kerrinin siyasi məsələlər üzrə köməkçisi Vendi Şermən cümə günü rəsmi surətdə öz vəzifəsindən kənara çəkilib.
Con Kerri bir bəyanatda Şermənə təşəkkür edib və onun vəzifəsindən kənara çəkilməsinin səbəbini Harvard Universitetində təhsilini davam etdirməsi adlandırıb.
Kerri əlavə edib: Mənim Şermənlə birgə işlədiyimiz məsələlərdən biri, İranın nüvə məsələsi barədə çoxtərəfli müzakirələr idi. Bu müzakirələr çox çətin və texniki cəhətdən mürəkkəb idi.

Teqlər