Okt 04, 2015 11:40 Asia/Baku
  • Fransada mühacirləri himayə aksiyasına icazə verilmədi
    Fransada mühacirləri himayə aksiyasına icazə verilmədi

Fransanın Kale şəhər meriyası hüquq müdafiəçilərinə mühacirləri himayə məqsədilə aksiya keçirmək icazəsi vermədi.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, liman şəhəri olan Kale şəhəri Manş tunelindən keçərək, İngiltərəyə getmək istəyən minlərlə mühacirin şəhərdəki iştirakına görə, çaxnaşmaya düçar olub. Belə bir şəraitdə Nataşa Boşar bazar ertəsi günü aksiyanın keçirilməsini qanunsuz elan edib.
O, bir bəyanat yayaraq "Qəzəbli Kalelilər" qrupunun aksiya ilə bağlı istəyini rədd etmək üçün müxtəlif bəhanələr gətirib və bu aksiyanın ardınca ciddi problemlərin yarana biləcəyini iddia edib.
Boşar bu bəyanatda deyib: Mən tamamilə dərk edirəm ki, fiziki zorakılıq və acı sözlər çıxış yolu sayılmır.
İngiltərəyə getmək üçün mühacirlərin ifratçı-solçu qrupların himayəsi ilə Manş tunelinə axın etməsi Kale şəhərində gərgin anların yaşanmasına səbəb olub. Baş verənlərin ardınca Manş tuneli 8 saatlığına bağlanıb.
İngiltərəyə vəd olunmuş diyar gözü ilə baxan 4 min mühacir Kale şəhərində bir araya gəlib. İstənilən növ imkanlardan məhrum olan bu çarəsiz insanlar Manş tunelindən keçərək, İngiltərəyə getmək istəyirlər. İndiyə kimi yaşanan çaxnaşma nəticəsində bir neçə mühacirin öldüyü bildirilir.

Teqlər