BMT Ərəbistanın Yəmənə hücumunun araşdırılmasını istəyib
Okt 09, 2015 14:21 Asia/Baku
-
BMT Ərəbistanın Yəmənə hücumunun araşdırılmasını istəyib
BMT Səudiyyə Ərəbistanının Yəməndə toy məclisinə hava hücumları barədə dərhal və şəffaf araşdırmanın aparılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefan Obrayn cümə axşamı günü bir bəyanatda modern silah texnologiyasının olması ilə xəta etməyə bəhanənin olmadığını bildirərək əlavə edib: Ərəbistanın Yəmənə hava hücumlarının yarısından çoxu şəhərlər, şəhərciklər, əsasən əhalinin sıx olduğu bölgələrə edilib. Buna görə, həlak olanların əksəriyyətini sivillər təşkil edirlər.Obrayn Ərəbistanın Yəmənə hücumlarını tənqid edərək xatırladıb: Ərəbistanın başçılıq etdiyi koalisiyanın mart ayından Yəmənə başladığı hücumlarda 4500 sivil həlak olmuşdur.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri ötən gecə bir daha Yəmənin qərbində Zimar vilayətinin Sənban məntəqəsində bir toy məclisinə hücum edərək ən azı 54 yəmənlini qətlə yetirib, onlarla nəfəri yaralayıblar. Zərərçəkənlərin əksəriyyətini uşaq və qadınlar təşkil edirlər.