Okt 10, 2015 16:06 Asia/Baku
  • Ankarada qatar stansiyasında partlayış 30 nəfərin həyatına son qoyub
    Ankarada qatar stansiyasında partlayış 30 nəfərin həyatına son qoyub

Türkiyənin Ankara şəhərinin dəmir yolu stansiyası qarşısında baş verən iki partlayışda 86 nəfər ölüb, 186 nəfər də yaralanıbdır.

IRNA-nın məlumatına görə, şənbə günü Xalqların Demokratik Partiyası, bəzi sindikatlar və peşə otaqlarının sülhün bərqərarı istəyi ilə aksiyasının başlanmasından öncə Ankara dəmir yolu stansiyası qarşısında iki partlayış baş verib.
Bu iki partlayış Xalqların Demokratik Partiyası tərəfdarlarının Ankara dəmir yolu stansiyasının yaxınlığında toplaşmaqda və Səhiyyə meydanına tərəf yürüşə başlamaqda olduqları zaman baş verib.
Ankarada baş vermiş bu terror partlayışlarından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu bu ölkənin yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə fövqəladə iclas keçirib.

Teqlər