Yunanıstanın Avropa İttifaqından xahişi
Okt 11, 2015 19:08 Asia/Baku
Yunanıstanın mühacirlər naziri Avropa İttifaqından istəyib ki, mühacirlərin yenidən məskunlaşdırılmaları proqramında onların seçilmələri prosesini dayandırsın.
Röyters-in məlumatına görə, mühacirlər naziri Panis Mozales deyib ki, ölkəsi bəzi ölkələrə göndərilmək üçün mühacirlərin seçimində problemlə üzləşibdir, zira qəbul edən ölkələr rasist meyarlar tətbiq ediblər.O, bu ölkələrin adlarını çəkməkdən çəkinib, amma deyib ki, onda bəyan edilən baxışlar, o cümlədən nə qədər xristian və ya müsəlman istəyirlər, yaxud ucaboylu, mavi gözlü, sarışın və üç uşaqlı şəxslərin ardınca olduqlarını bildirmələri şəxslərin şəxsiyyətlərinə və mühacirlərin azadlığına hörmətsizlikdir. Avropa Birliyi ümumiyyətlə bu cür baxışlarla müxalifət etməlidir.
Mozales Avropa İttifaqından istəyibdir ki, daha güclü pay sistemi tətbiq etsin və xəbərdarlıq edib ki, əks halda, bu birlik insan alveri bazarına çevriləcək və Avropa belə bir haqqa malik deyil.
Avropa İttifaqının planına əsasən, əksəriyyəti Suriya və Eritreyadan olan 160 min mühacir bu birliyə üzv 28 ölkə arasında paylanacaq.
Slovakiya və Kipr kimi bəzi ölkələr bildiriblər ki, xrtistian didərginləri qəbul etməyə üstünlük verirlər.
Digər tərəfdən, Avropa İttifaqındakı bir rəsmi bildirib ki, bir qrup suriyalı didərgin bu birliyin yenidən məskunlaşdırma planı əsasında oktyabrın on səkkizində Yunanıstandan Lüksemburqa köçürüləcək.
Amerikanın militarist siyasətləri üzündən öz vətənlərindən pərakəndə düşmüş didərginlər bir qayda olaraq, öz yaşayış məkanı olacaq ölkəni seçmək icazəsinə malik deyillər.