Ukraynanın şərqində toqquşmalar davam edir
Okt 14, 2015 17:45 Asia/Baku
-
Ukraynanın şərqində toqquşmalar davam edir
Ukrayna ordusu ölkənin şərqində gedən döyüşlərdə daha 3 nəfərin ölməsi və yaralanmasından xəbər verib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna ordusu çərşənbə günü bir bəyanat yayaraq, bildirib ki, bir Ukrayna hərbçisi ölkənin şərqində gedən toqquşmalarda həyatını itirib.Bu ötən bir ay ərzində Ukraynanın şərqində gərginliyin artması ilə həyatını itirən ilk Ukrayna hərbçisidir.
Ukrayna hökuməti ilə müxalif olan yaraqlılar ötən gün dövlət qüvvələrinn mövqelərini Donetskin şərqində yerləşən Avdivka sənaye qəsəbəsində hücuma məruz qoyublar.
Bu bəyanata görə, çıxan toqquşmalarda Ukrayna ordusunun bir hərbçisi ölüb, iki nəfər isə yaralanıb.
Ukrayna dövləti və silahlı müxalif qüvvələr sentyabr ayının 1-dən atəşkəsin bərqərar ediməsi barədə bir müqavilə imzalasalar da, silahlı müxaliflər hökumət qüvvələrinə qarşı hücumları davam etdirirlər.
Ukrayna ordusu 14 sentyabr tarixində də Keqzarşi məntəqəsində 2 hərbçisini itirməsindən xəbər vermişdi. Müxalif qüvvələr isə ötən həftə Donetskdə tələfat verdiklərini bildirmişdilər.
Teqlər