Türkiyədə terror aktlarında 282 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i198542-türkiyədə_terror_aktlarında_282_nəfər_həlak_olub
İyul ayından indiyə qədər Türkiyədə terror aktları nəticəsində 282 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 10:41 Asia/Baku
  • Türkiyədə terror aktlarında 282 nəfər həlak olub
    Türkiyədə terror aktlarında 282 nəfər həlak olub

İyul ayından indiyə qədər Türkiyədə terror aktları nəticəsində 282 nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə xəbər mənbələri iyul ayından indiyə qədər bu ölkədə terror aktları nəticəsində 282 nəfərin həlak olduğunu bildiriblər.
Bu məlumata əsasən, statistikalar ötən 98 gün ərzində terror aktlarında ümumilikdə 145 Türkiyə təhlükəsizlik qüvvəsi həlak olub. Onların arasında 65 nəfəri polis məmuru, 78 nəfəri isə əsgər olub.
Məlumata görə, bu şəxslərin hamısı Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK üzvləri və ya İŞİD terror qruplaşmasının hücumlarında həlak olublar.
Bu aktlarda həmçinin 137 sivil, o cümlədən 6 uşaq həlak olub.