Okt 17, 2015 16:04 Asia/Baku
  • RF Müdafiə Nazirliyi: İŞİD Rusiyada fəaliyyətini genişləndirməyi planlaşdırır
    RF Müdafiə Nazirliyi: İŞİD Rusiyada fəaliyyətini genişləndirməyi planlaşdırır

İŞİD terror təşkilatı Avropa, Rusiya, Mərkəzi və Cənub-Şərqi Asiyada fəaliyyətini genişləndirməyi planlaşdırır. MDB və Çinin şimalına giriş üçün isə Əfqanıstandan istifadə oluna bilər.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF Müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan edib.
Altıncı Syanhan forumunda təhlükəsizlik məsələləri üzrə çıxış edən Antonov bəyan edib ki, ekstremist qruplaşmanın stabil gəlir mənbəyi var və yaxşı təchiz olunmuş orduya malikdir.

"Son dövrlərdə Əfqanıstan ərazisində İŞİD-lə əlbir olan qruplaşmaların fəaliyyəti artıb. Əfqanıstan ərazisi terrorçuların MDB və Çinin Siçzyan-Uyğur muxtar rayonunda ekspansiya üçün istifadə oluna bilər", deyə Antonov bildirib.
Həmçinin Rusiya Baş Qərargah Rəhbərliyinin Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov hər gün 100-ə qədər terrorçunun qaçqın qismində Suriya sərhədindən Türkiyəyə keçdiyini söyləyib. Moskvada jurnalistlərin suallarını cavablandıran Kartapolov, "Kəşfiyyat məlumatlarına görə, hər gecə 100-ə qədər "Nusra Cəbhəsi" terrorçusu Reyhanlı vasitəsilə sərhədi keçir. İŞİD terrorçuları isə Cerablusdan keçid edir", -deyə qeyd edib.

Teqlər