Okt 21, 2015 17:08 Asia/Baku
  • 
Bir Tacikistan vətəndaşı İŞİD-in emblemini təbliğ etdyi üçün həbsə məhkum edilib
    Bir Tacikistan vətəndaşı İŞİD-in emblemini təbliğ etdyi üçün həbsə məhkum edilib

Rusiyanın Sankt Peterburq şəhər məhkəməsi bir Tacikistan vətəndaşını üzərində İŞİD-in emblemi olan idman forması ilə gəzdiyi üçün 5 sutkalıq həbsə məhkum edib.

Tacik radiosunun verdiyi məlumata görə, RİA Novosti informasiya agentliyi bu barədə bildirib: Rusiyanın Sankt Peterburq şəhərinin nizam-intizam qüvvələri avtomobil bazarı restoranında aşpaz olaraq çalışan 27 yaşlı Tacikistan vətəndaşını terrorçu İŞİD qruplaşmasını təbliğ etməkdə ittiham və həbs edib.

Polis rəsmiləri bildirirlər ki, bu şəxsin əynindəki idman paltarının üzərində İŞİD-in emblemi olub. Buna görə də, bu Tacikistan vətəndaşı qadağan olunmuş qrupları təbliğ etmək ittihamı ilə həbs və Santk Peterburq Məhkəməsinə göndərilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinə əsasən üzərində fəaliyyəti qadağan olunmuş qruplara aid emblemlər olan paltarlardan istifadə cinayət hesab olunur. Buna görə də, məhkəmə saxlanılan şəxsi 5 gün həbsə məhkum edib.

Sankt Peterburq şəhər polis idarəsinin rəsmiləri bildiriblər ki, İŞİD-i təbliğ etmək məqsədiylə üzərində İŞİD-in emblemi olan paltarlar istehsal edən bir sex aşkar ediblər. Amma, həmin məkanın sahibi bu ittihamı rədd edir.

Rusiyada üzərində terrorçu qruplaşmalar o cümlədən İŞİD-ə məxsus emblemlər olan paltarların satışı və istifadəsi qadağandır və cinayət hesab olunur. Hətta, sosial şəbəkələrdə belə bu emblemlərin təbliğ edilməsi cinayət sayılır.

Teqlər