Ukraynanın şərqində toqquşmalar davam edir
Okt 21, 2015 13:48 Asia/Baku
-
Ukraynanın şərqində toqquşmalar davam edir
Ukrayna hökuməti ilə müxalif olanlar ölkənin şərqində bir hərbçinin öldürülməsindən xəbər veriblər.
TASS xəbər agentliyi xəbər verir ki, Ukrayna hökuməti ilə müxalif olanlar çərşənbə axşamı Donetsk şəhərinin ətrafında ordu qüvvələri ilə gedən döyüşlərdə bir Ukrayna hərbçisinin öldüyünü bildiriblər. Bu toqquşmalar zamanı müxalif qüvvələrdən olan bir nəfər də yaralanıb.Müxalif qüvvələr həmçinin bildiriblər ki, ordu qüvvələrinin hücumunun ardınca çıxan bu toqquşmalarda daha öncə 5 Ukrayna hərbçisi öldürülüb.
Donetskə nəzarəti ələ keçirən və Kiyev hökuməti ilə müxalif olan qüvvələr atəşkəsin pozulması hallarının ATƏT-in nümayəndə heyəti tərəfindən qəeydə alındığını da qeyd ediblər.
Bu arada Ukrayna dövləti 2 həftə öncə yüngül silahların Ukraynanın şərqini ölkənin digər ərazilərindən ayıran bufer məntəqəsindən çıxarılması barədə müxalif qüvvələrlə anlaşmanın əldə edilməsindən xəbər vermişdi.
Teqlər