Rusiya Yaxın Şərq dördlüyünün iclasının keçirilməsini istəyir
https://azeri.sahartv.ir/news/dünya-i198777-rusiya_yaxın_Şərq_dördlüyünün_iclasının_keçirilməsini_istəyir
Rusiya xarici işlər naziri Yaxın Şərq dördlük komitəsinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 07:13 Asia/Baku
  • Rusiya Yaxın Şərq dördlüyünün iclasının keçirilməsini istəyir
    Rusiya Yaxın Şərq dördlüyünün iclasının keçirilməsini istəyir

Rusiya xarici işlər naziri Yaxın Şərq dördlük komitəsinə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanatda bildirib: Xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefon söhbətində təklif edib ki, Fələstin münaqişəsinin həlli üçün dördtərəfli komitəyə üzv xarici işlər nazirlərinin iclası keçirilsin.
Lavrov Rusiya, ABŞ, BMT və AVropa Birliyindən ibarət Yaxın Şərq dördlüyünə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının cümə günü Vyanada keçirilməsini təklif edib.
Suriya proseslərinin araşdırılması üçün Rusiya xarici işlər naziri və ABŞ dövlət katibinin ikitərəfli iclası da sabah Vyanada keçiriləcək.
Sionistlərin əl-Əqsa məscidinin həyətlərinə basqını davam etdirməyə israrı İordan çayının qərb sahili, işğal olunmuş Qüds və Qəzzə zolağında gərginliklərin artması ilə nəticələnib.