Bu gün Aşura günüdür
Okt 24, 2015 09:57 Asia/Baku
Bu gün 1437-ci hicri qəməri ili Məhərrəm ayının 10-u 2015-ci il 24 oktyabr Hüseyn (ə) Aşurası günüdür.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Məhərrəm ayının onuncu günü şiələrin 3-cü imamı şəhidlər sərvəri Həzrət İmam Hüseynin (ə) şəhid olmasının ildönümü günüdür. O həzrət 61-ci hicri qəməri ili məhərrəm ayının 10-da 57 yaşında Kərbəlada şəhid oldu.Həzrət İmam Hüseyn (ə) Kərbəla hadisəsinin baş verməsi və Məkkədən Kərbəlada şəhid olacağı ana qədər açıq-aşkar şəkildə bildirdi ki, mənim hərəkətdə məqsədim Yezidin İslama qarşı hökumətini rüsvay etmək, əmr be məruf və nəhy əz münkəri bərpa etmək və zülm və sitəm qarşısında müqavimət göstərməkdir. Quran-Kərimi dəstəkləmək və əsil Məhəmməd islamını qorumaqdan başqa məqsədim yoxdur.
Bu vəzifəni Allah-Taala Həzrət İmam Hüseynə (ə) tapşırmışdı və bu vəzifəni icra etmək üçün Aşura günü günortaçağı vəfalı silahdaşları ilə birlikdə günorta namazından sonra yezidlər tərəfindən şəhid oldu.
İslami İranın mömin xalqı Məhərrə ayı günlərində, xüsusilə də Tasua və Aşura gecəsi və günlərində hüseyniyyələr və məscidlərdə əzadarlıq edir.
Növhələrin oxunması, sinə və zəncir vurulması, Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzin (ə) şəxsiyyəti və məqamı barədə çıxışların edilməsi həmin günlərdə mərasimlərin əsasını təşkil edir.
İran İslam Respublikası Televiziya və Radio Təşkilatı Həzrət İmam Hüseynin (ə) şəhid olmasının ildönümü günü ilə bağlı bütün müsəlmanlar, xüsusilə də dünya şiələri və digər azadlıqsevərlərə başsağlığı verir.