Okt 26, 2015 14:14 Asia/Baku
  • Moqerini Slovakiya və Xorvatiyada mühacir böhranının həllinin sürətləndirilməsini istəyib
    Moqerini Slovakiya və Xorvatiyada mühacir böhranının həllinin sürətləndirilməsini istəyib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib: Sloveniya və Xorvatiya hazırda mühacirlərin Avropaya iki əsas giriş nöqtəsi sayılan ölkələr olaraq, mühacirlər böhranının həlli istiqamətində dərhal ciddi tədbirlər görməlidirlər.

İRNA-nın məlumatına görə, Federiko Moqerini Balkan ölkələrinin mühacir böhranı ilə bağlı fövqəladə iclasının başa çatmasının ardınca deyib: Bu iclasda Balkan ölkələri rəhbərlərindən, ölkələrinin sərhədlərinə nəzarət işini gücləndirmələri istənildi.
Bu arada Xorvatiya bir neçə gün öncə Macarıstan kimi bildirdi ki, mühacirlərin girişini önləmək üçün sərhədlərini hasara alacaq.
Sloveniya da qalmaqala səbəb olan bir hərəkətdə mühacirlərin ölkədən çıxmasına icazə vermir.
BMT-nin hesabatına görə, cari ilin yanvarından bəri 600 mindən çox mühacir Avropaya daxil olub.

Teqlər