İran sanksiyaların ləğvindən sonra Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq
Okt 29, 2015 09:30 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini bildirib: İran sanksiyaların ləğv olunmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü Moskvada Briks Beynəlxalq Universitetində keçirilən iclasda deyib: İran əleyhinə sanksiyaların ləğv olunmasına dair məsələlərin yekunlaşması ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq yolu İran üçün açılacaqdır.Cari il iyun ayının 14-də İran və 5+1 qrupuna üzv ölkələr Vyanada anlaşma əldə etdilər. Bu anlaşma Əhatəli Müştərək Təşəbbüs Proqramı kimi məşhur olub.
Bu anlaşmanın icrasına hələlik rəsmən başlanmayıb.
İranın qəbul etdiyi öhdəliklərin icrasından sonra ABŞ və Avropa Birliyinin İran əleyhinə sanksiyalarının çoxu ləğv olunacaq.