Noy 04, 2015 17:56 Asia/Baku
  • Vaşinqton Türkiyədə jurnalistlərin repressiya edilməsini qınadı
    Vaşinqton Türkiyədə jurnalistlərin repressiya edilməsini qınadı

Ağ Ev Türkiyədə keçirilən son parlament seçkiləri zamanı jurnalistlərin təhdid edilməsi və qorxudulmasından narazılıq edib.

Təsnim xəbər agentliyi bildirir ki, ABŞ prezidenti Barak Obamanın Türkiyədə Rəcəb Təyyib Ərdoğan ilə görüşündən bir neçə həftə öncə Ağ Evin sözçüsü Caş Ernest Vaşinqtonun Ankara hökuməti ilə müxalif olan jurnalistlər və media vasitələrinin Türkiyədə parlament seçkiləri ərəfəsində təzyiqlərə məruz edilməsi məsələsindən xeyli narahat olduğunu bildirmişdi.
Bazar günü Türkiyədə keçirilən parlament seçkiləri Ədalət və İnkişaf Partiyasının qələbəsi ilə başa çatmışdı.
Ədalət və İnkişaf Partiyası iyun ayında keçirilən seçkilərdə, 2002-ci ildən bəri ilk dəfə olaraq, hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməmişdi. Bu isə Türkiyəni ciddi siyasi böhrana sürükləmişdi.
ATƏT də bazar ertəsi günü bir hesabat yayaraq, Türkiyədə keçirilən son seçkilərin mediaların yatırdılması, zorakılıq və digər təhlükəsizlik məsələləri ilə yanaşı olduğunu deyib.

Teqlər