Rusiya; ABŞ üçün ən böyük təhdid
https://azeri.sahartv.ir/news/dünya-i199251-rusiya_abŞ_üçün_ən_böyük_təhdid
ABŞ ordusu Quru Qoşunları komandanı RUsiyanı Vaşinqtonun 1 nömrəli düşməni adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:34 Asia/Baku
  • Rusiya; ABŞ üçün ən böyük təhdid
    Rusiya; ABŞ üçün ən böyük təhdid

ABŞ ordusu Quru Qoşunları komandanı RUsiyanı Vaşinqtonun 1 nömrəli düşməni adlandırıb.

İRNA-nın məlumatına görə, Mark Milley dünən Vaşinqtonda keçirilən "Defense One" adlı iclasda Rusiyanı ABŞ-ın maraqları üçün təcavüzkar və aqressiv adlandırıb və iddia edib ki, Moskva nüvə silahlarına və onlardan istifadə potensialına malik olduğu üçün ABŞ üçün birinci dərəcəli düşmən sayılır.
O daha sonra deyib: Rusiya dünyanın yeganə ölkəsidir ki, ABŞ-ı məhv edə biləcək nüvə potensialına malikdir. Buna görə də Moskva Vaşinqton üçün potensial təhlükə sayılır.
General Milley sözlərinin davamında Rusiya ilə mübarizə aparmaq üçün ABŞ-ın hazırkı "güc və tarazlıq" siyasətinin davam etdirilməsinə təkid edib.