Rusiya təyyarəsinin süqutu ilə bağlı yeni detallar açıqlanıb
https://azeri.sahartv.ir/news/dünya-i199253-rusiya_təyyarəsinin_süqutu_ilə_bağlı_yeni_detallar_açıqlanıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:35 Asia/Baku
  • Rusiya təyyarəsinin süqutu ilə bağlı yeni detallar açıqlanıb
    Rusiya təyyarəsinin süqutu ilə bağlı yeni detallar açıqlanıb

İtaliyada çıxan bir qəzet İŞİD terror qruplaşmasına istinadla yazıb: İŞİD-in Misirdəki qolu Rusiyanın sərnişin təyyarəsini S-125 raketi ilə necə vurması haqda sənəd yayıb.
İSNA-nın verdiyi məlumata görə, İtaliyada çıxan El Tempo qəzeti yazır: İŞİD bu 8 səhifəlik sənəddə iddia edib ki, Rusiya sərnişin təyyarəsinin vurulmasındakı rolunu sübut etməyə qadirdir.
İŞİD bu sənəddə iddia edib ki, bu sərnişin təyyarəsini Rusiya istehsalı olan S-125 raketi ilə vurub.
El Tempo qəzeti yazır: İŞİD-in iddiasından aydın olur ki, bu terror qruplaşması Misir ilə qonşuluqda yerləşən Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafinin silah cəbbəxanasının böyük bir hissəsini ələ keçirib. Bu cəbbəxanada Rusiya istehsalı olan bir sıra modern silahlar o cümlədən yer-hava tipli SAM raketləri olub.
Rusiyaya aid bir sərnişin təyyarəsi şənbə günü Misirin Sina səhrasında süqut edib. Təyyarənin bütün sərnişinləri və ekipaj heyəti həyatını itirib.
Misirin təhlükəsizlik rəsmiləri İŞİD-in bu sərnişin təyyarəsini vurması ilə bağlı xəbərləri təkzib edərək, bildirib ki, İŞİD-in bu hadisə ilə bağlı bəyanatı Misirin turizm sektoruna zərbə vurmaq məqsədini daşıyır.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov da İŞİD-in iddiasına reaksiya olaraq deyib: Rusiya təyyarəsinin süqut etməsinin bir terror aktı olması ilə bağlı xəbərlər “qeyri-dəqiqdir”.