Noy 12, 2015 14:48 Asia/Baku
  • Nyu-Yorkda yüzlərlə amerikalı tələbə irqçiliyə qarşı aksiya keçirib
    Nyu-Yorkda yüzlərlə amerikalı tələbə irqçiliyə qarşı aksiya keçirib

Nyu-Yorkun İtakay kollecinin yüzlərlə tələbəsi universitet rəsmilərinin tələbələrlə davranışına hakim irqçiliyə etiraz edib.

Səhər Beynəlxalq Televiziyasının USA Today qəzetinə istinadla verdiyi məlumata görə, universitetin yüksək səviyyəli məsul şəxslərinin sözləri, rənglidərililəri vəsf etmək üçün "qul" və "vəhşi" kimi qeyri-münasib sözlərdən istifadə etmələri bu kollecdə irqçilik davranışlarının yeni nümunələrindən biridir.
Nyu-Yorkun İtakay kollecinin rəhbəri Tom Roçon universitet səviyyəsində irqçilik davranışlar tətbiq olunduğuna görə irimiqyaslı tənqidlərlə üzləşib.
Tələbələrin etiraz və aksiyaları Facebook ictimai şəbəkəsində çağırışla başlanıb. Məqsəd kollec rəhbərinin istefa verməsidir.
Tələbə etirazları həmçinin son günlərdə Missuri Universitetində irqçi rektor Tim Volfun istefası ilə nəticələnib.

Teqlər