Sanders: Amerikanın İraqa təcavüzü İŞİD-i yaratdı
Noy 15, 2015 11:04 Asia/Baku
-
Sanders: Amerikanın İraqa təcavüzü İŞİD-i yaratdı
Amerikada 2016-cı il prezident seçkilərinə demokrat namizədlərdən biri deyib ki, bu ölkənin 2003-cü ildə İraqa təcavüzü terrorçu İŞİD qrupunun meydana gəlməsinə bais oldu.
Röyters-in məlumatına görə, Berni Sanders şənbə günü gecə partiyadaxili debatda Amerikanın 2003-cü ildə İraqa təcavüzünü dəstəklədiyinə görə, sabiq dövlət katibi Hillari Klintonu tənqid edib.Berni Sanders deyib: Bu təcavüz terrorçu İŞİD qrupunun formalaşması ilə nəticələnən regional iqtişaşların mənşəyidir.
O, əlavə edib: Bu təcavüz son tarixdə Amerikanın xarici siyasətində ən pis rüsvayçılıqlardan biridir, zira o faciəli təcavüz regionun parçalanmasına səbəb oldu və bu məsələ Əlqaidə və İŞİD-in meydana gəlməsi ilə nəticələndi.