Putin: Rus təyyarəsinin partladılması amilləri aşkarlansın
Noy 17, 2015 10:12 Asia/Baku
-
Putin: Rus təyyarəsinin partladılması amilləri aşkarlansın
Misirdə süqut etmiş rus təyyarəsinin qırıntılarında partlayıcı maddələrin əsərlərinin aşkarlanmasının ardınca Rusiya prezidenti bu bomba qoyuluşu amillərinin təqib olunması haqda göstəriş verib.
IRIB-nin məlumatına görə, Misirin Sina yarımadasında süqut etmiş rus təyyarəsinin qırıntılarında partlayıcı maddələrin əsərlərinin aşkarlanmasının elan olunmasının ardınca Rusiya prezidenti bu ölkənin kəşfiyyat orqanına bu bomba qoyuluşu amillərinin təqib olunması haqda göstəriş verib.Rusiya kəşfiyyat təşkilatı bomba partlayışını bu ölkə təyyarəsinin Misir səmasında süqutu amili bilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bəyan edib ki, A-321 təyyarəsi, onun göyərtəsində quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Partlayıcı qurğu 1 kq tratil həcmində olub.
Qeyd edək ki, Misirin Sina yarımadasında oktyabr ayının 31-i “Koqalımavia” şirkətinə məxsus Airbus-321 təyyarəsi partlayıb və partlayış nəticəsində 217 sərnişin, 7 heyət üzvü həlak olub. Təyyarə Misirin Şərm əş-Şeyx kurortundan Sankt-Peterburq reysi ilə hərtəkət edib. Bu, Rusiya və keçmiş sovet ittifaqı zamanı baş verən təyyarə qəzalarının ən böyüyü sayılır.
Teqlər