Noy 19, 2015 18:12 Asia/Baku
  • Paris aktlarının
    Paris aktlarının "düşünən beyni"nin öldürülməsi təsdiqlənib

Fransa təhlükəsizlik qüvvələrinin əməliyyatında Paris terraktlarının düşünən beyni adlandırılan terrorçunun öldürülməsi təsdiqlənib.

Səhər Beynəlxalq Televiziyasının The Guardian qəzetinə istinadla verdiyi məlumata görə, Fransa prokurorluğu cümə axşamı günü bildirib: Polisin ötən gün Sent Denis məntəqəsində keçirdiyi əməliyyatda Əbdülhəmid Əbud öldürülüb və onun cəsədi müəyyənləşdirilib.
Cəsədlərin müəyyənləşdirilməsi polisin hücumu nəticəsində terrorçuların gizləndiyi məkanın dağılmasına görə, zaman alıb.
Bildirilir ki, 27 yaşlı Belçika vətəndaşı Əbdülhəmid Əbud Parisin müxtəlif məkanlarında 13 noyabr terror aktları arasında koordinasiya işini yerinə yetirib.
Əbud 2014-cü ildə İŞİD terror qruplaşmasına qoşulmaq üçün Belçikanı tərk edib.
13 noyabr Paris terror aktları 132 nəfərin ölməsi və 300-dən çox şəxsin yaralanması ilə nəticələnib.
İŞİD terror qruplaşması bu hücumların məsuliyyətini üzərinə götürüb.

Teqlər