Noy 22, 2015 19:00 Asia/Baku
  • Rusiyada 11 İŞİD terrorçusu öldürülüb
    Rusiyada 11 İŞİD terrorçusu öldürülüb

İŞİD-in tabeliyində olan on bir terrorçu Rusiyanın Kabardin-Balkar Muxtar Respublkiasında bu ölkənin təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.

IRNA-nın məlumatına görə, Rusiya Anti-Terror Mili Komitəsi bildirib ki, bazar günü günortadan qabaq Rusiyanın Kabardion-Balkar Muxtar Respublkiasında dövlət qüvvələri ilə terrorçuluqda şübhəli bilinən bir qrup arasında silahlı toqquşma baş verib.
Bu komitənin məlumatına görə, məmurlar Kabardion-Balkar Muxtar Respublkiasının mərkəzi olan Nalçik şəhərinin yaxınlığında təhlükəsizlik patrulu keçərkən bir gizli məkanı on bir terrorçu ilə birgə aşkarlamağa müvəffəq olublar və silahlı toqquşmada bütün terrorçular öldürülübdür.
Məmurlar bu əməliyyatdan sonra geniş bir məntəqəni mühasirəyə alıblar. Onlar bu qrupun yerdə qalan üzvlərini tapmaq üçün axtarış əməliyyatı keçirməkdədirlər.
Rusiya Anti-Terror Mili Komitəsinin bir rəsmisi deyib: İŞİD-in yerli üzvlərindən olan öldürülmüş dörd şəxsin kimliyi müəyyənləşib və digər ölənlərin tanınması üzrə təhqiqat davam edir.
Statistikalara görə, daha çox Qafqazdan, xüsusən Çeçenistandan olan təqribən iki min rus İraq və Suriyadakı terror qruplarına qoşulubdur.

Teqlər