Rusiya Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması barədə bəyanat yaydı
Noy 24, 2015 13:53 Asia/Baku
-
Rusiya Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması barədə bəyanat yaydı
Rusiyanın Müdafiə Nazirliyi bu ölkə qırıcısının Suriyada vurulması ilə bağlı açıqlama verib.
Rusiya əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriya-Türkiyə sərhəd məntəqəsində süqut edən qırıcı təyyarə Rusiyaya aid olub və bu təyyarə bir Su-24 qırıcısıdır.Bu məlumata görə, bu qırıcı Suriya üzərində uçuş həyata keçirirmiş və Türkiyənin hava sərhədlərini pozmayıb.
Rusiya Müdafiə Nazirliyi bu təyyarənin 6000 fut hündürlükdə uçduğu zaman Hava Hücumundan Müdafiə qurğuları vasitəsilə vurulduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi hadisənin detallarını araşdırmaqla məşğul olduğunu bildirib.
Teqlər