Fransız qırıcılar Mosulda İraqın 28 məktəblisinin həyatını əlindən alıblar
Noy 25, 2015 17:46 Asia/Baku
-
Fransız qırıcılar Mosulda İraqın 28 məktəblisinin həyatını əlindən alıblar
Fransız qırıcılar Mosulda bir ibtidai məktəbi bombalayaraq, 28 məktəblinin ölümünə bais olublar.
Əl-Quds Əl-Ərəbi-nin yazdığına görə, İraq ordusunun ikinci diviziyasından olan general-mayor Zənun Əlsəbavi bildirib ki, fransız qırıcılar bu gün Mosulun Əlzəhur məntəqəsindəki "Fatimətəzzəhra" ibtidai məktəbini hədəfə alıblar və bu zaman 28 günahsız məktəbli həlak olubdur ki, onların cənazələri yaxındakı xəstəxanalara köçürülübdür.Bu məlumata görə, Fransa və ABŞ İŞİD ilə mübarizədə Suriya və İraq dövlətlərini dəstəkləmək əvəzinə, bu ölkədə müxtəlif mövqeləri təsadüfi olaraq bombalayırlar ki, əksər hallarda günahsız əhalinin və uşaqların ölümü ilə nəticələnir.
Misir müftisi də bu cinayəti pisləyərək, onu Fransa dövlətinin alnında biabırçılıq damğası adlandırıb.
Teqlər