Noy 27, 2015 12:29 Asia/Baku
  • Putin və Olland beynəlxalq anti-terror koalisiyasının təşkil edilməsini vurğuladılar
    Putin və Olland beynəlxalq anti-terror koalisiyasının təşkil edilməsini vurğuladılar

Rusiya və Fransa prezidentləri terrorizm əleyhinə beynəlxalq koalisiyanın təsis edilməsini istəyiblər.

Röyters-in verdiyi məlumata görə, Vladimir Putin fransalı həmkarı Fransua Olland ilə Moskvada birgə mətbuat konfransında deyib: Moskva və Paris terrorizm ilə mübarizə üzrə beynəlxalq bir koalisiyanın yaradılmasında ortaq baxışa malikdirlər.
Putin Rusiyanın Suriyada terrorçulara qarşı hava hücumlarının gücləndirilməsinə işarə edərək, deyib: Fransa prezidenti ilə müzakirələr qarşılıqlı etimad atmosferində baş tutdu və hər iki ölkə terrorizmdən aldıqları zərbəyə əsasən terrorizm ilə mübarizədə əməkdaşlıq etməlidirlər.
Putin daha sonra İŞİD ilə mübarizədə Suriya ordusu və Əsəd dövlətini Rusiyanın müttəfiqi adlandırıb və deyib: Əsəd terrorizm ilə mübarizədə Rusiyanın müttəfiqidir və sadəcə Suriya xalqı Əsədin gələcəyi barədə qərar qəbul edə bilər.
Fransa prezidenti isə İŞİD-in ölkəsinə qarşı terror hücumları barədə deyib: Fransa İŞİD-in neft tankerləri və neft təsisatlarına qarşı hücumlarını davam etdirəcək.
Olland Türkiyənin İŞİD-dən neft alma almasını dayandırmalı olduğunu vurğulayaraq, deyib: Neft tankerləri İŞİD-in nəzarəti altında olan ərazilər ilə Türkiyə arasında azad gediş-gəlişə malikdirlər.

Teqlər