İranın Ətraf Mühit Təşkilatının sədri Parisdə Su və İqlim Konfransında çıxış edib
https://azeri.sahartv.ir/news/dünya-i200283-İranın_Ətraf_mühit_təşkilatının_sədri_parisdə_su_və_İqlim_konfransında_çıxış_edib
İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Parisdəki son terror aktını pisləyərək İran xalqının Fransa dövləti və xalqının dərdinə şərik çıxdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2015 10:00 Asia/Baku
  • İranın Ətraf Mühit Təşkilatının sədri Parisdə Su və İqlim Konfransında çıxış edib
    İranın Ətraf Mühit Təşkilatının sədri Parisdə Su və İqlim Konfransında çıxış edib

İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Parisdəki son terror aktını pisləyərək İran xalqının Fransa dövləti və xalqının dərdinə şərik çıxdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar Parisdə Su və İqlim Beynəlxalq Konfransında deyib6 Şübhəsiz ifratçılıq və radikallıqla mübarizə beynəlxalq iradəni tələb edir və özü dəfələrlə terrorizmin qurbanı olan İran İslam Respublikası bu beynəlxalq ehtiyacı dərk edərək terrorizmlə mübarizə və region və dünyada davamlı sülh və stabilliyin qorunması üçün hərtərəfli şəkildə hazır olduğunu bildirir.
Ebtekar dünyanın istilik fenomeni ilə hərtərəfli mübarizə üçün yeni beynəlxalq hüquq rejimini əldə etmək ərəfəsində olduğunu bildirərək əlavə edib: Paris anlaşmasına zəmanət verəcək bir neçə məsələyə diqqət yetirmək zəruridir.
İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri bildirib: Arxayın olmaq lazımdır ki, anlaşma iqlim dəyişikliyi konvensiyasının prinsipləri və müddəaları, xüsusilə də potensiallarla fərqli müştərək məsuliyyət prinsipi üzərində nəticəyə çatacaq.
Ebtekarın sözlərinə görə, arxayın olmaq lazımdır ki, anlaşma Su və İqlim Dəyişikliyi Konvensiyasına üzv bütün ölkələrin iştirakı üçün təşviqat strategiyalarına əsaslanacaq və icra metodlarında yeniliyə malik olacaq. 2020-ci ilə qədər keçmiş öhdəliklərini yerinə yetirməkdə sədaqətliliyi əks etdirəcək.
İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri əlavə edib: Anlaşmanın heç bir ölkəni görməməzliyə vurmadığını, kiçik ada ölkələri, az inkişaf etmiş ölkələrdən tutmuş sərvətli və inkişaf ölkələrə qədər Paris anlaşması ilə hazırkı və gələcək nəsillər qarşısında fəxr etməsinə səbəb olacağından arxayın olmaq lazımdır.
Ebtekar deyib: İran İslam Respublikası davamlı inkişafı 17 bəndlik amallarına sadiq qalmaqdan əlavə, son vaxtlar İslam İnqilabının Böyük Rəhbərinin ətraf mühitin mühafizəsi üzrə makro siyasətlərlə bağlı 15 bəndlik paketi qanuni vəzifə olaraq izləyəcəkdir.