Afinada polis ilə anarxistlər arasında toqquşma
Dek 07, 2015 14:44 Asia/Baku
-
Afinada polis ilə anarxistlər arasında toqquşma
Bazar günü gecə Yunanıstanın paytaxtı Afinanın mərkəzində polis ilə anarxistlər arasında toqquşma baş verib.
IRIB-nin məlumatına görə, bu toqquşmalar 2008-ci ildə on beş yaşlı bir aksiyaçının polisin hücumunda öldürülməsinin 8-ci ildönümündə baş verib.
Aksiyaçılar yandırıcı bombalarla polisə hücum edib, zibil qabları və avtomobilləri yandırıblar.
Polis qüvvələri də onlarla mübarizə üçün gözyaşardıcı qaz işlədiblər.
Yerli medialar on nəfərin həbsindən xəbər veriblər.
Təqribən 3000 nəfər bazar günü axşam 2008-ci ildə Yunanıstanı bir həftə zorakılıqla üzləşdirmiş hadisənin ildönümündə bir yerə toplaşmışdı.