Nigeriya ordusunun hücumunda 12 şiə qətlə yetirildi
-
Nigeriya ordusunun hücumunda 12 şiə qətlə yetirildi
Nigeriya ordusunun ölkənin şimalında şiələrə qarşı hücumunda 12 nəfər həyatını itirib.
APTN bildirir ki, Nigeriya ordusu bu gün səhər bu ölkə şiələrinin rəhbəri olan İbrahim Zəkzəkinin bu ölkə silahlı qüvvələrinin baş qərargah rəisini terror etməyə cəhd göstərdiyini iddia edərək, şiələrə qarşı atəş açıb, 12 nəfəri öldürüb. İbrahim Zəkzəki isə həbs edilib.
Nigeriya şiələri liderinin həyat yoldaşı Zeyne İbrahim Asoşeyted Press-ə bildirib ki, ötən gecə ordu qüvvələrinin Zariya şəhərində həyata keçirdikləri əməliyyat zamanı 30-a yaxın şiə də yaralanıb.
Nigeriya ordusunun sözçüsü Sani Osman isə iddia edib ki, bu ölkə şiələri dünən günortadan sonra Nigeriya silahlı qüvvələrinin baş qərargah rəisi Tokor Buratayın konvoyuna hücum ediblər.
Ötən gecə Nİgeriyanın təhlükəsizlik qüvvələri Şeyx İbrahim Zəkzəkinin mənzilini zirehli avtomobillər ilə mühasirəyə alıblar. Bunu görən Zəkzəkinin tərəfdarları evin ətrafında insan zənciri yaradaraq, hərbçilərin evə girməsinə mane olmağa çalışıblar.
Son məlumatlara görə, Nigeriya ordusu İbrahim Zəkzəkinin mənzilinə hücum edərək, onu həbs edib. Hücum zamanı Zəkzəkinin mənzilinin yanğına məruz qaldığı bildirilir.