Nigeriya şiələri rəhbərinin həyat yoldaşı və oğlu şəhid edildi
https://azeri.sahartv.ir/news/dünya-i200782-nigeriya_şiələri_rəhbərinin_həyat_yoldaşı_və_oğlu_şəhid_edildi
Nigeriya hərbçiləri bu ölkənin şiələr hərəkatının rəhbəri Seyid İbrahim Zakzakinin mənzilinə hücum edərək onun həyat yoldaşı, oğlu və bu hərəkatın bir neçə üzvünü şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 05:56 Asia/Baku
  • Nigeriya şiələri rəhbərinin həyat yoldaşı və oğlu şəhid edildi
    Nigeriya şiələri rəhbərinin həyat yoldaşı və oğlu şəhid edildi

Nigeriya hərbçiləri bu ölkənin şiələr hərəkatının rəhbəri Seyid İbrahim Zakzakinin mənzilinə hücum edərək onun həyat yoldaşı, oğlu və bu hərəkatın bir neçə üzvünü şəhid ediblər.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Nigeriya ordusunun Şeyx Zəkzakinin mənzilinə hücumunda, Şeyxin həyat yoldaşı Zinət İbrahim, oğlu Seyid Əli və bu hərəkatın bir neçə üzvü, o cümlədən Şeyx Məhəmməd turi, doktor Mustafa Səid, İbrahim Osman və Cəmi Glima şəhid ediliblər.

Şeyx Zəkzakinin 4 oğlu var idi. Onun üçü ötən il ordunun Qüds Günü yürüşünə hücumu zamanı şəhid edilmişdi və onun qalan yeganə oğlu Seyid Əli bu gün şəhid edilib.

Nigeriya hərbçiləri həmçinin şiə ruhaninin həbs etdikdən sonra, onun mənzilini yandıraraq tamamiliə dağıdıblar.

Nigeriya ordusunun Şiələr Hərəkatının rəhbərinin mənzilinə hücumu zamanı həmçinin, hadisə yerindəki şəxslərə doğru çoxlu atəş açılıb. İndiyə qədər bu hadisədə həlak olan və yaralananların sayı barədə dəqiq məlumat yoxdur.