ABŞ vətəndaşları kobudluğa qarşı etiraz aksiyası keçirib
Dek 14, 2015 11:19 Asia/Baku
-
ABŞ vətəndaşları kobudluğa qarşı etiraz aksiyası keçirib
ABŞ vətəndaşları Vaşinqton şəhərində ölkədə silahdan yaranan kobudluq mədəniyyətinə qarşı aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, bu aksiya iştirakçıları Amerikada silah satışına müxalif olan fəallar olublar.
Etirazçılar şüarlar səsləndirərək Amerikada silahdan yaranan kobudlulara son qoyacaq qərarların verilməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər: Artıq Amerikada zorakılıqla mübarizə üzrə addımın atılmasının zamanı çatıb.
Statistikalara əsasən, hər il orta hesabla 12 min nəfər silahla əlaqədar kobudluqlar nəticəsində həlak olur.
Amerikada silahla əlaqədar kobudluqların qurbanlarının sayı orta hesabla inkişaf etmiş digər 20 ölkəyə bərabərdir.