Dek 14, 2015 13:07 Asia/Baku
  • Nigeriyada şiələrin qırğın edilməsinə etiraz üzrə aksiya keçirilib
    Nigeriyada şiələrin qırğın edilməsinə etiraz üzrə aksiya keçirilib

Nigeriyanın şimalında Kanu şəhərinin əhalisi Zaria şəhərində müdafiəsiz şiələrin qırğın edilməsinə etiraz olaraq aksiya keçirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, etirazçılar Nigeriya ordusunun təcavüzü və Zaria şəhəri şiələrinin qırğın edilməsini pisləyib və Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zakzakiyə dəstəyi vurğulayıblar.

Yayılan məlumatlara əsasən, Nigeriya ordusu əsgərləri ilə bu ölkənin şimalında yerləşən Zaria şəhərində şiə müsəlmanları arasında dəhşətli toqquşma baş verib.

Bu toqquşmalar hərbçilərin Şeyx İbrahim əl-Zakzakinin mənzilinə hücumundan sonra baş verib. Onlarla nəfər, o cümlədən onun oğlu, həyat yoldaşı və müavini qətlə yetirilib.

Şeyx əl-Zakzakinin ölümü barədə ziddiyyətli xəbərlər də yayımlanıb.

Şahidlər bildirirlər ki, şənbə günü Nigeriya İslam Hərəkatının yüzlərlə ardıcılı dini mərasimi icra etmək üçün Zaria şəhərində bir araya gəlib.

Onların mərasimi həddindən artıq izdihamla nəticələnib. Ordunun bəyanatına əsasən Nigeriya ordusunun Müştərək Qərargahının rəisi Tokor Burataini aparan karvan rəsmi şəkildə Zaria şəhərinə baxış keçirməkdə imiş.

Nigeriya ordusunun sözçüsü Sani Osman iddia edir ki, Şeyx əl-Zakzakinin tərəfdarı olan müsəlmanlar Tokor Buratainin karvanına hücum edib və onu müşayiət edən əsgərlərin müdafiə və hücum etməkdən başqa çarəsi olmayıb.

Bu arada Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa iddia edir ki, ordu əsgərləri heç bir səbəb olmadan şiə müsəlmanlara doğru atəş açıblar və yüzlərlə nəfəri yaralayıb və həbs ediblər.

Bununla belə hərbçilər bildirirlər ki, Nigeriya İslam Hərəkatı ardıcılları Zaria şəhəri küçələrində maneələr yaradaraq ordunun Müştərək Qərargahının rəisini aparan karvanın keçməsinə mane olublar və təhlükəli silahlarla onu və bəzi hərbi rəsmilərini terror etmək niyyətində olublar.

Şahidlər və Nigeriya İslam Hərəkatı tərəfdarları və şeyx əl-Zakzaki bu iddianı təkzib edirlər.

2014-cü ildə Nigeriya xalqı ölkənin şimalında Ümumdünya Qüds Günü yürüşünün şahidi olub. Yürüş iştirakçıları təhlükəsizlik qüvvələrinin atəşinə tuş gəliblər.

Teqlər