Hamond: Qərb regional məsələlərdə passivdir
İngiltərə xarici işlər naziri deyib: Qərb ölkəkləri çox zəhmətli demokratik prosesə görə beynəlxalq problemlərə vaxtında reaksiya verə bilməzlər.
Səhər Beynəlxalq Televiziyasının Sputnikə istinadlı məlumatına görə, İngiltərə xarici işlər naziri Filip Hamond İcmalar Palatasının xarici əlaqələr komitəsinə xitabən bildirib: Qərb ölkələri zəhmətli demokratik prosesə görə beynəlxalq problemlərə vaxtında reaksiya verə bilməzlər və bu məsələ Rusiya ilə anlaşmanın zərərlə üzləşməsinə səbəb olur.
Son vaxtlar Financial Times-ın Rusiyanın böhranlarda çevik addım atması ilə bağlı məsələyə toxunan Hamond deyib: Qərb dövlətləri özünün istənilən addımı barəsində media, parlament və xalqlardan ibarət böyük oyunçu kütləsini əldə etməlidir.
Hamond bu barədə İngiltərənin Suriyada hərbi iştirakı ilə bağlı bu ölkə parlamentinin 2013-cü il səsverməsinə toxunub və deyib: İŞİD-in hansı təsirli vasitə və yaxud hərbi yolla məğlub olmasını görməyimiz çətindir. Halbuki Suriyanın Riqqə şəhərindəki bazasında hələ də məğlub olmayıb.
İngiltərə xarici işlər naziri xatırladıb: İngiltərə təyyarələri kəşfiyyat tapşırıqlarını yerinə yetirməsi üçün Suriya səmasına göndərilir. Lakin İŞİD-in qarşısını kəsmək üçün onun mövqelərini bombardman etmək hərbi cəhətdən yetərsizdir.
İngiltərə xarici işlər naziri həmçinin deyib: London İŞİD terror qruplaşmasını məhv etmək üçün İranla yaxın əməkdaşlığı istəyir və İranla nüvə anlaşması İraq olayları ilə əlaqədar İranla konstruktiv anlaşmaya doğru əlaqələrin genişlənməsinə şəraiti yarada bilər.
Bununla belə İngiltərə xarici işlər naziri İŞİD-lə savaş üçün İranla əlavə anlaşmaya dair nikbinlik ifadə etməyib və deyib: Biz hələlik bu məsələ üzərində dayana bilmərik və deyə biləcəyimiz yeganə şey budur ki, İranın bizimlə müştərək nigaranlığı vardır. İxtisarla demək lazımdır ki, onlar da İŞİD-i kökü məhv edilməli olan ölümcül düşmən hesab edirlər.
Hamond həmçinin ümidvarlıq edib ki, regionda, xüsusilə də Suriyada iqtidar qanuniliyi olan və İŞİD əleyhinə müharibəni irəlilədə bilən dövlətə nəql olunacaq. O əlavə edib: İraq yanlışlığının Suriyada təkrar edilməməsi və bu ölkədə dövlət qurumlarının məhv edilməsi və iqtidarda boşluğun yaradılması olmamalıdır.
Hamond həmçinin Bəşşar Əsəd qüvvələri ilə döyüşən müxalif qüvvələrə İngiltərənin hərbi təlimi və silah-sursatının təhvil verilməsinin davam etməsini vurğulayıb və deyib ki, bu qüvvələrin köməyi, həmçinin İranın köməyi ilə Suriyada bütün mötədil qruplar tərəfindən qəbul ediləsi "siyasi legitimliyə malik şəxslər"in iş başına gəlməsinə ümid bəsləyir.
O əlavə edib: İranın məqsədinə çatmaq üçün beynəlxalq ictimaiyyətlə öz anlaşma formatını müəyyən həddə dəyişməlidir.