Parisdə mühacirləri himayə aksiyası keçirilib
Yüzlərlə nəfər Parisdə aksiya keçirərək, mühacirləri və qeydiyyat vərəqəsi olmayan şəxsləri himayə ediblər.
Atlas İnfor informasiya portalının verdiyi məlumata görə, Paris küçələri dünən axşam mühacirləri himayə üzrə aksiyanın şahidi olub.
Bu aksiya insan haqları sahəsində fəaliyyət göstərən qruplar və sindikatların çağırışı əsasında keçirilib.
Bu aksiyada iştirak edən Paris əhalisi vətəndaşlar və mühacirlər arasında ədalətin riayət olunmasına təkid ediblər.
Suriya və İraqda İŞİD terrorizminə görə baş qaldıran böhran və gərginlik, habelə, Afrika ölkələrində yoxsulluq, daxili çəkişmələr və silahlı münaqişələr nəticəsində artan gərginliyə görə bu ölkə vətəndaşları Avropa ölkələrinə mühacirət edirlər.
Almaniya və Fransa Avropa Birliyinin digər üzvləri ilə müqayisədə ən çox mühacir qəbul edən ölkələrdirlər. Buna baxmayaraq mühacirlər xüsusilə Fransada irqçi davranışların şahididirlər.