Dek 21, 2015 12:25 Asia/Baku
  • Nigeriyada şiələrə edilən hücumun qurbanları kütləvi məzarlarda dəfn edilib
    Nigeriyada şiələrə edilən hücumun qurbanları kütləvi məzarlarda dəfn edilib

Nigeriya İnsan Haqları Milli Komitəsinin keçmiş sədri Zaria şəhərində törədilən qətilamın qurbanlarının kütləvi qəbirlərdə dəfn edilməsindən xəbər verib.

TV Nyus-un verdiyi məlumata görə, Çidi Edinkalo deyib: Nigeriya ordusu Zariya qətliamında ölənlərin sayını gizlətmək üçün, cəsədləri kütləvi qəbirlərdə dəfn edib.

Çidi Edinkalo Nigeriya ordusunun hücumu zamanı ölənlərin sayının 1000-dən çox olduğunu deyərək, əlavə edib: Nigeriyanın insan haqları qrupları bu ölkə dövlətindən cəsədlərin basdırıldığı yerlərin və bu qırğının törədilməsi barədə göstəriş verən tərəfin kimliyini elan etsin.

Nigeriya İnsan Haqları Milli Komitəsinin keçmiş sədri Nigeriya prezidenti Məhəmməd Buharinin, Paris terror olaylarının ardınca, dərhal həmin hadisəni pislədiyini xatırladaraq, Zariada baş verən cinayətlə bağlı sükut etməsini və hətta, barəsində sadə bir açıqlama verməkdən belə çəkinməsini narahatlıq doğuran məqam adlandırıb.

Nigeriyada bir sıra digər insan haqları müdafiəçiləri də ötən həftə Nigeriya ordusunun Zaria şəhərində şiə müsəlmanlara qarşı qətliam törətməsini və Nigeriya şiələrinin mənəvi lideri sayılan şeyx İbrahim Zəkzakinin mənzilinə basqın etməsini qınayaraq, bu hadisədə təqribən 2000 Nigeriya vətəndaşının qətlə yetirildiyini bildirirlər.

Nigeriya Senatı Zaria hadisələri ilə bağlı araşdırmaların aparılması üçün bir komitə yaradıb.

Teqlər