Dek 26, 2015 13:13 Asia/Baku
  • Pentaqon Rusiya ilə İŞİD əleyhinə şərtli əməkdaşlıq edir
    Pentaqon Rusiya ilə İŞİD əleyhinə şərtli əməkdaşlıq edir

ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib: Vaşinqton Suriyanın qanuni prezidenti qarşısında Moskvanın mövqeyinin dəyişməsi istisna olmaqla İŞİD əleyhinə Rusiya ilə əməkdaşlıq etməyəcək.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Pentaqonun sözçüsü Maykl Baldanza əlavə edib: İŞİD-ə diqqətini yönəldən Rusiya ilə Əsədi stareji dəstəyi kənara qoymadığı zamana qədər əməkdaşlıq etməyəcəyik.

Rusiya Ordusu Müştərək Qərargahının rəisi Sergey Rodski cümə günü bildirmişdi ki, Moskva İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə informasiya mübadilə etməyə hazırdır.

Rusiya Suriyanın seçilmiş prezidenti olaraq Bəşşar Əsədi bu ölkənin qanuni prezidenti hesab edir və bu qənaətdədir ki, bu ölkənin müqəddəratı xalqı tərəfindən müəyyənləşməlidir. Qərb ölkələri bu ideya ilə müxalifdir və Əsədin kənarlaşdırılmasını istəyirlər.

Teqlər