Ukraynanın şərqində döyüşlər davam edir
Dek 27, 2015 15:17 Asia/Baku
-
Ukraynanın şərqində döyüşlər davam edir
Ukraynanın şərqində döyüşlərin davam etməsi bir nəfərin ölümü ilə nəticələnib.
Frans-Press-in məlumatına görə, Ukrayna ordusu bir bəyanatda bildirib ki, bir neçə mərmi Donetskin 55 kilometr şimalında yerləşən Zaytsev kəndindəki bir neçə evə düşüb, nəticədə bir qadın həlak olub.
Bəyanatda sonra deyilir ki, müxaliflər iri çaplı pulemyot, 82 millimetr çaplı minaatan və tankdan istifadə ediblər, halbuki bu silahlar Minsk razılaşması çərçivəsində cəbhə xəttindən geri aparılmalıydı.
Ukrayna ordusu müxalifləri sülh razılaşmasında qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham edir.
Müxaliflər də ukraynalı qüvvələri onda ittiham edirlər ki, onlar şənbə gecəsi Zaytsev və Donetskin qərb ətrafını atəşə tutublar.
Teqlər