Amerika kilsələri mühacirlər üçün sığınacaqlara çevrilib
Amerika kilsələri tezliklə ölkədən çıxarılacaq mühacirlər üçün sığınacaqlara çevrilibdir.
Press TV-nin məlumatına görə, Barak Obama hökumətinin Mərkəzi Amerikadan olan mühacirlərin ölkədən çıxarılmasına dair planının icrası ilə bu ölkədəki yerli mənbələr Amerika kilsələrinin mühacirlər üçün sığınacaqlara çevrilməsindən xəbər veriblər.
Bu məlumata görə, Vaşinqton Post qəzeti yazıb ki, Amerika Daxili Təhlükəsizlik İdarəsi 2014-cü ildən bəri qanunsuz surətdə Mərkəzi Amerikadan bu ölkəyə daxil olmuş ailələrin çıxarılması üzrə planlar nəzərdə tutubdur.
Bu məsələ ixrac olunmaq xəbərdarlığı ilə üzləşmiş mühacirlər üçün bir kabusa çevrilibdir.
Deyilənlərə görə, son aylarda yüzlərlə mühacir kilsələrə sığınıbdır ki, ixrac olunmaq xətərindən amanda qalmış olsun.
Yüz mindən çox ailə 2014-cü ildə Meksika sərhədindən Amerikaya daxil olıubdur.