Dek 29, 2015 10:03 Asia/Baku
  • Amerika müsəlmanlarının Çikaqoda illik konfransı keçirilib
    Amerika müsəlmanlarının Çikaqoda illik konfransı keçirilib

ABŞ müsəlmanlarının illik konfransı İllinoys ştatının Çikaqo şəhərində keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ İslam Təşkilatlarının illik konfransı Çikaqo şəhərində keçirilib və bu konfrasda islamofobiya ilə əlaqədar müzakirələr olunub.

Bu konfransın təşkilatçıları prezident seçkilərində iştirak üçün ABŞ müsəlmanlarının 1 milyonluq iştirakı üçün kampaniya başladıblar.

Müsəlman seçicilərdən respublikaçı islamofob ehtimal olunan namizəd Donald Trumpa səs verilməməsi istənilib.

ABŞ prezident seçkiləri bu ölkə islam təşkilatlarının illik konfransının əsas mövzusunu təşkil edib.

Konfrans iştirakçıları bildiriblər ki, ABŞ müsəlmanları bu ölkənin siyasətləri və seçkilərin nəticələrinə təsir göstərmək imkanına malikdirlər və elə buna görə, müştərək səslə danışmalıdırlar.

İslamofobiyanın genişlənməsi bu konfransda müzakirə olunan məsələlərdən olub.

Bir çox amerikalı müsəlman ailə də dini, hüquqi, ideoloji və əyləncə kitablarından istifadə etmək üçün bu konfransda iştirak ediblər.

15 min amerikalı müsəlman məsələlərin araşdırılması üçün bu ölkə müsəlmanlarının ən böyük konfransı olaraq bu konfransda həmçinin islamofobiya və müsəlmanların adından siyasi xarakterli sui-istifadə ilə mübarizədə səylərin birləşdirilməsini vurğulayıblar.

Teqlər