Nigeriya İslam Hərəkatının baş katibinə qarşı ittihamın nöqsanı
https://azeri.sahartv.ir/news/dünya-i201966-nigeriya_İslam_hərəkatının_baş_katibinə_qarşı_ittihamın_nöqsanı
Nigeriya İslam Hərəkatının baş katibi məkrli plan və ictimai asayişi pozmaqda ittiham olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 06:38 Asia/Baku
  • Nigeriya İslam Hərəkatının baş katibinə qarşı ittihamın nöqsanı
    Nigeriya İslam Hərəkatının baş katibinə qarşı ittihamın nöqsanı

Nigeriya İslam Hərəkatının baş katibi məkrli plan və ictimai asayişi pozmaqda ittiham olunub.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Şeyx İbrahim əl-Zəkzəki və onun bir qrup tərəfdarına çərşənbə axşamı günü Nigeriyanın şimal-qərbində Kano vilayətində bir məhkəmədə ittiham irəli sürülüb və sonradan təcridxanaya geri qaytarılıb.

Bu hüquqi proseduranın detalları o qədər açıqlanmır və İslam Hərəkatı baş katibinin vəkilinin bu iclasda iştirak etdiyi bilinmir.

Nigeriya polisinin sözçüsünə istinadla verilən məlumatda əlavə olunur: Şeyx əl-Zəkzəki bu məhkəmədə məkrli plan və ictimai asayişi pozmaqdan ittiham olunub.

Şeyx əl-Zəkzəki 13 dekabrdan Nigeriya təhlükəsizlik qüvvələrinin Zaria şəhərində onun mənzilinə dəhşətli hücumundan sonra həbsdədir.

Nigeriya təhlükəsizlik qüvvələri bu hadisədən bir gün sonra Zaria şəhərində müsəlmanların dini mərasiminə hücum etdi. Bu iki hücum nəticəsində yüzlərlə nəfər həlak oldu.