Türkiyə-Rusiya münasibətlərində gərginlik
https://azeri.sahartv.ir/news/dünya-i203115-türkiyə_rusiya_münasibətlərində_gərginlik
İtaliyanın "Opinione Pubblico" xəbər agentliyinin baş redaktoru türkiyə rəsmilərinin Rusiya qarşısındakı son davranışlarını iki ölkə arasındakı gərginliyin başlıca səbəbi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2016 16:26 Asia/Baku
  • Türkiyə-Rusiya münasibətlərində gərginlik
    Türkiyə-Rusiya münasibətlərində gərginlik

İtaliyanın "Opinione Pubblico" xəbər agentliyinin baş redaktoru türkiyə rəsmilərinin Rusiya qarşısındakı son davranışlarını iki ölkə arasındakı gərginliyin başlıca səbəbi adlandırıb.

Lorenzo Zacci İRİB-ə verdiyi müsahibədə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasına işarə edərək, deyib: Türkiyənin bu hərəkəti ciddi nəticələrə yol açdı və Moskva-Ankara əlaqələrinə çox böyük təsir göstərdi.

Zacci təyyarəsinin vurulmasının ardınca Rusiyanın Türkiyə ilə əlaqələrini mümkün olan ən aşağı səviyyəyə endirməyə çalışdığına işarə edərək, deyib: Rusiya ilk addım olaraq Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalını dayandırdı və türklərin Rusiyada fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq etdi.

"Opinione Pubblico" xəbər agentliyinin baş redaktoru Rusiya prezidenti Vladimir Putinin 2015-ci ilin sonunda etdiyi çıxışında Ukrayna və Suriyanın vəziyyəti ilə bağlı dediklərinə diqqət çəkib və deyib: Suriya və Ukrayna məsələsi Moskva üçün strateji məsələlər sayılır və Rusiya bu iki məsələdə ABŞ-ın Ukrayna və Suriyanın daxili işlərinə müdaxilə etməməsini istəyir.

Lorenso Zacci Rusiyanın Yaxın Şərqdə terrorizm ilə mübarizədəki rəftarını müsbət dəyərləndirib və deyib: Rusların İŞİD ilə mübarizədəki əzmkarlığı ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının formal olduğunu ortaya qoydu.