Rusiya İŞİD-in kimyəvi silahdan istifadə etdiyini vurğulayıb
-
Rusiya İŞİD-in kimyəvi silahdan istifadə etdiyini vurğulayıb
Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, terrorçu İŞİD qrupu böyük ehtimala qarşı, Suriyada kimyəvi silahdan istifadə edir.
Röyters-in məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyi terrorçu İŞİD qrupunun böyük ehtimala qarşı, Suriyada kimyəvi silahdan istifadə etməsindən xəbər verib.
Rusiyanın Xarici İşlər Nazirliyi həmçinin İŞİD-in kimyəvi silahdan istifadə etməsi haqda təhqiqatın aparılmasını istəyib.
Belə bir halda, Türkiyədə bu ölkə dövləti ilə əsas müxalif partiya olan Cümhuriyyət Xalq Partiyası dəfələrlə hakim Ədalət və İnkişaf Partiyasının İŞİD-in kimyəvi silahlar əldə etməsindəki rolunu vurğulayıbdır.
Cümhuriyyət Xalq Partiyasının iki nümayəndəsi bundan öncə bildirmişdi ki, mövcud faktlara əsasən, "sarin" kimiyəvi maddəsinə malik olan silah Türkiyə istehsalı olaraq, Suriyaya ötürülübdür.
Həmçinin Liviyadakı informasiya qaynaqları bildirblər ki, İŞİD bu ölkənin mərkəzində yerləşən Liviya səhrasındakı kimyəvi silah anbarlarını ələ keçirib. Bu terror qrupu Liviyanın gizli anbarlarından müəyyən miqdarda "sarin" qazına malik olan kimyəvi silah oğurlaya bilibdir ki, bu silahlar bu ölkənin sabiq diktatoru Muəmmər Qəzzafi dövrünə aiddir.