Putin Rusiya əleyhinə qərbin sanksiyalarını tənqid edib
-
Putin Rusiya əleyhinə qərbin sanksiyalarını tənqid edib
Rusiya prezidenti deyib: Ukrayna hadisələrindən sonra Qərbin Rusiya əleyhinə sanksiyaları axmaq və ziyanverici hərəkət idi. Lakin Rusiya üçün müsbət təsirləri də oldu.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Almaniyanın Bildt qəzeti ilə müsahibədə deyib: Qərbin Ukrayna prosesləri və Krım yarımadasının Rusiyaya ilhaq edilməsinə reaksiyası yanlış idi və məqsəd Ukraynanı dəstəkləmək deyil, Rusiyanın inkişafını azaltmaq idi.
Putin deyib: Qərb sanksiya yerinə, tərəflərin qarşısında duran məsələlərlə mübarizə və müştərək inkişafı düşünməlidir.
Putin etiraf edib ki, sanksiyalar Rusiyanın iqtisadiyyatına mənfi təsir göstərib. Xüsusilə də bu ölkənin dünyanın maliyyə bazarlarındakı şirkətlərinin fəaliyyətləri sahəsində.
Rusiya prezidenti dünyada terrorizmin artmasına toxunaraq deyib: Rusiya terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı istəyir.
O həmçinin qərbi terrorizmin artması ilə nəticələnən beynəlxalq böhranları qabartmaqda suçlayıb.
Putin deyib: Dünya müştərək təhdidlərlə üz-üzədir və AVropa və dünyanın digər yerlərindəki bütün ölkələrdən təhdidlərlə mübarizə üçün öz səylərini birləşdirmələrini istəyirəm.
O həmçinin Şimali Atlantik Alyansı NATO-nun 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Rusiya sərhədlərinə qədər genişlənməsi və Amerikanın raket əleyhinə müdafiə sistemi proqramına etiraz edərək deyib: NATO-nun genişlənməsi beynəlxalq böhranların artmasına səbəb olub.